Kiyev Donbası təhlükəsizlik sektorlarına bölür
Bizi izləyin

Dünya

Kiyev Donbası təhlükəsizlik sektorlarına bölür

Ukrayna hakimiyyəti Donbas hövzəsini təhlükəsizlik sektorlarına bölməyə qərar verib.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andrey Lısenko antiterror əməliyyatları zonasında monitorinq qruplarının işləyəcəyi 4-5 təhlükəsizlik sektorunun yaradılacağını deyib.

“Atəşkəs rejiminin qüvvədə olduğu ərazi 4-5 təhlükəsizlik sektoruna bölünəcək. Burada Ukrayna, Rusiya və ATƏT nümayəndələrinin təmsil olunduğu monitorinq qrupları işləyəcək. Beləliklə, təsdiq edə bilərik ki, prezident Pyotr Poroşenkonun sülh planı icra olunmağa başlayıb”, - deyə Lısenko bildirib.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyi isə separatçılarla Ukrayna tərəfi arasında bufer zonasının yaradılması üçün Rusiya və Ukrayna hərbçilərinin görüşdüyü barədə informasiyanı təkzib edib.

“Atəşləs rejiminin həyata keçirilməsi ilə bağlı bütün məsələlər Ukrayna ilə Donetsk və Luqansk vilayətlərinin nümayəndələri arasında müzakirə edilir. Əlaqə qrupunun üzvü kimi Rusiya tərəfin rolu prosesə lazımlı köməyi göstərməkdir”, - Moskva bir daha münaqişə tərəfi olmadığını açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm