Latviyada ruslara ağır zərbə
Bizi izləyin

Dünya

Latviyada ruslara ağır zərbə

Latviya ölkə ərazisində Rusiyanın maraqlarına ciddi zərbə sayıla biləcək addım atıb.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Latviya Seymi (parlament) radiolarda 2016-cı ildən sonra yayımın yalnız latış dilində aparılması barədə qanun qəbul edib.

Radiostansiyaların nümayəndələrinin qiymətləndirmələrinə görə, məhdudiyyət təxminən 400 mindən çox radio dinləyicisinə toxunacaq. Latviyada təxminən 1,4 milyon insan radioya qulaq asır və bu halda “sanksiyalar” əhalinin, demək olar ki, hər üç nəfərindən birinə tətbiq edilmiş olacaq.

İTAR-TASS qeyd edir ki, bu, Latviya vətəndaşları olan rusdilli insanların hüquqlarının məhdudlaşdırılması ilə bağlı ilk hal deyil. “Baxmayaraq ki, rus dili ölkənin təxminən 40 faizi sakini üçün doğmadır. Amma rus dili dövlət dili statusuna malik deyil. Latviya məktəblərində tədris dilində aparılır”.

Rusdilli əhalinin hüquqlarının qorunması adı altında Krımı zəbt edən, daha sonra Ukraynanın şərqində separatçılara hər cür dəstək verən Rusiya son vaxtlar Baltikyanı ölkələrdə rusdilli əhalinin hüquqlarının pozulduğu barədə rəsmi bəyanatlarla çıxış edir. Rusiya Xarici İşlər Nazirliyinin insan haqları, qanunun aliliyi və demokratiya məsələləri üzrə Rusiya Xarici İşlər Nazirliyinin səlahiyyətli nümayəndəsi Konstantin Dolqov gözlənilmədən bu günlərdə Latviya və Estoniyada yaşayan rusdilli əhalinin hüquqlarının qorunması üçün beynəlxalq təşkilatlara müraciət edib.

“Baltikyanı ölkələrdə ruslara və rus dilinə qarşı məqsədli şəkildə aparılan diskriminasiya hallarına sakit qala bilmərik. Latviya və Litva hökumətlərinin rus dilinin statusunun məhdudlaşdırılmasına yönəlik müşahidə etdiyimiz addımlarını isə insan haqlarının kobud şəkildə pozulması sayırıq”, - deyə Dolqov vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm