Ərdoğandan İŞİD-lə döyüşmək üçün 3 şərt
Bizi izləyin

Dünya

Ərdoğandan İŞİD-lə döyüşmək üçün 3 şərt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin İŞİD-ə qarşı mübarizə ilə bağlı atacağı addımlardan danışıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ərdoğan diplomatların girovluqdan azad edilməsindən sonra Ankaranın mövqeyinin dəyişdini, bundan sonrakı müddətin daha fərqli olacağını deyib.

Türkiyə prezidentinin sözlərinə görə, ölkəsinin İŞİD-ə qarşı mübarizədə atacağı addımlarda 3 məsələ çox əhəmiyyətlidir: “Bunlardan birincisi uçuşa qadağan bölgənin elan edilməsi və bu bölgənin zəmanət altına alınması, ikincisi, etibarlı bir bölgənin Suriya tərəfində yaradılması, üçüncü isə təchizat prosesinin kimlərlə və necə idarə ediləcəyinin müzakirə olunmasıdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm