İngilis qəzeti: “İŞİD Türkiyənin daxilindədir”
Bizi izləyin

Dünya

İngilis qəzeti: “İŞİD Türkiyənin daxilindədir”

Hər fürsətdə Türkiyə əleyhinə yazılar dərc edən İngiltərənin “Independent” qəzeti bu dəfə üslubunu dəyişib.

Publika.az-ın verdiyi xəbərə görə, İŞİD təhlükəsinə toxunan qəzet "Türkiyə, sənə ehtiyacımız var” başlıqlı məqalə dərc edib.

ABŞ-ın liderliyi ilə İŞİD-ə qarşı başlayan əməliyyatın yalnız Amerika hərbi gücləri ilə kifayət etməyəcəyini qeyd edən “Independent” Türkiyəyə də ehtiyac olduğunu bildirib: “Əgər Türkiyə əməliyyata prezident Rəcəb Tayyib Ərdoğanın bəhs etdiyi siyasi və hərbi dəstək versə, cihadçı təşkilatın məğlubiyyətə uğradılması şansı da xeyli artar. Türkiyənin ABŞ-ərəb ittifaqına qatılması ilə bağlı istəksizliyini anlamaq olar. Bunu Türkiyə hökumətini radikallara gizli simpatiyası kimi göstərmək də böyük bir səhvdir. Türkiyəyə sığınan bir milyondan çox suriyalı içində İŞİD-i dəstəkləyənlər də var. Deməli, Türkiyə daxilində bir İŞİD varlığı var".

Qeyd olunur ki, NATO-da ikinci böyük ordusu olan Türkiyənin İŞİD-ə qarşı əməliyyata qoşulacağı halda hərbi tarazlıq böyük ölçüdə dəyişsə də, İŞİD-in Türkiyə daxilindəki qanlı hücumları özü ilə gətirə bilər.

“Bütüh hallarda İŞİD-in məhv edilməsi Türkiyənin maraqlarına cavab verir. Heç bir ölkə vəhşiliyi ilə sərhəd tanımayan, Ankara kimi dünyəvi rejimləri yox etmək istəyən bir təşkilatın qonşusu olmaq istəməz. Mosul Konsulluğundakı 49 diplomatın azad olunmasından sonra Ərdoğanın əlləri daha azaddır. İndi Türkiyə və bütün bölgəyə qarşı təhdid olan İŞİD-ə qarşı aparılan əməliyyatlara qoşulmaq zamanıdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm