Kim Jonq yoxa çıxıb – Şok iddia
Bizi izləyin

Dünya

Kim Jonq yoxa çıxıb – Şok iddia

Üç həftədir ictimaiyyət qarşısına çıxmayan Şimali Koreyanın gənc lideri Kim Jonq xəstə ola bilər.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Cənubi Koreya mediası iddia irəli sürüb.

Şimali Koreya xəbər agentliyi Yüksək Xalq Məclisinin dünən keçirilən konfransında da iştirak etməyən Kim Yonqun konfransa qatılmamasının səbəbinə aydınlıq gətirməyib. Gənc liderin 3 sentyabrdan bu yana ictimaiyyətin qarşısına çıxmaması onun səhhəti ilə bağlı söz-söhbətləri artırıb.

Şimali Koreya liderinin ölkənin qurucusu və babası Kim İl Sunqun ölümünün 20-ci ildönümü ilə bağlı mərasimdə səhnəyə axsayaraq çıxması müzakirə mövzusu olmuşdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm