Daha bir ölkə İŞİD-i vurmağı qəbul etdi
Bizi izləyin

Dünya

Daha bir ölkə İŞİD-i vurmağı qəbul etdi

İngilis parlamenti İraqda İŞİD-ə qarşı aparılan hava əməliyyatına Birləşmiş Krallığın qoşulması barədə təklifi qəbul edib.

Publika.az-ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, parlamentin alt qanadı olan Avam Palatasındakı müzakirələrdən sonra keçirilən səsvermədə 524 səs təklifin lehinə səs verib.

Qırx üç parlamentari təklifin əleyhinə səs verib. İngiltərənin ABŞ-ın liderlik etdiyi hava əməliyyatına dəstəyi Suriyanı əhatə etməyəcək. Amma Birləşmiş Krallıq Suriyadakı hava əməliyyatına qatılmayacağını açıqlasa da, baş nazir Devid Kameron bunun üçün qanuni bir maneə olmadığını ifadə edib.

İngiltərədə hökumətin hərbi əməliyyat üçün parlamentin razılığını alması tələb olunmur. Ancaq 2003-cü ildəki İraq müharibəsindən sonra qəbul olunan qərarları qanuniləşdirmək üçün ənənəvi olaraq parlamentin razılığı alınır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm