“Röyter”: İŞİD Suriyanın yarısını ələ keçirə bilər
Bizi izləyin

Dünya

“Röyter”: İŞİD Suriyanın yarısını ələ keçirə bilər

Röyter” agentliyi İŞİD-in Suriyanın şimalında yerləşən Kobanini ələ keçirmək üçün böyük hücum hazırladığını açıqlayıb.

Axar.az xəbər verir ki, agentlik bölgə əhalisinin verdiyi məlumatlar əsasında terrorçuların artıq Kobaninin 7 kilometrliyinə çatdığını bildirib. Suriya İnsan Haqları Təşkilatı da bu məlumatı təsdiqləyərək terrorçuların Kobani ətrafında kəndləri işğal etdiyini, şəhərə yaxınlaşdığını qeyd edib.

Əgər Kobani İŞİD tərəfindən ələ keçirilərsə, bununla Suriyanın tam yarısı artıq İŞİD-in nəzarətinə keçmiş olacaq. Əlavə olaraq ölkənin ən iri neft anbarlarının yerləşdiyi bu bölgə Suriyanın Türkiyə ilə sərhəddə ən əsas strateji nöqtəsidir.

Xatırladaq ki, bəzi yüksək rütbəli kürd nümayəndələri Suriyada ABŞ-ın başçılığı ilə İŞİD-ə qarşı təşkil olunan hava hücumlarının Kobani ətrafında gərginlik yaradacağı xəbərdarlığını etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm