Şok: 11 Sentyabr xilasediciləri eyni gündə öldü
Bizi izləyin

Dünya

Şok: 11 Sentyabr xilasediciləri eyni gündə öldü

13 il öncə ABŞ-da baş verən 11 Sentyabr hücumlarında yerlə yeksan olan əkiz qüllələrin təhlükəsizlik bölməsində çalışan 3 xilasedici eyni gündə vafat edib.

Axar.az xəbər verir ki, hər üç xilasedici xərçəng xəstəliyindən dünyasını dəyişib. Bu barədə məlumat verən Nyu York Xilasetmə Təşkilatı (FDNY) xilasedicilərin zəhərli qazdan bu xəstəliyə yoluxduğunu bildirib:
“Araşdırmalar zamanı məlum oldu ki, xilasedicilər qan xərçəngi, qida borusu xərçəngi və yoğun bağırsaq xərçəngindən həyatlarını itirib”.

Xatırladaq ki, minlərlə insan bu hadisədən sonra sözügedən orqanlarla bağlı həkimə müraciət etsə də, mütəxəssislər hadisə zamanı bu xəstəliyin yaranmasını qəti şəkildə inkar edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm