ABŞ Suriyada yeni aviazərbə seriyasına başladı
Bizi izləyin

Dünya

ABŞ Suriyada yeni aviazərbə seriyasına başladı

Birləşmiş Ştatlar Suriyada "İslam dövləti" radikal qruplaşmasının mövqelərinə yeni seriya aviasiya zərbələrini həyata keçirib. Publika.az FransPress agentliyinə istinadən bildirir ki, bu barədə şənbə günü Pentaqondakı mənbə xəbər verir.

"Təsdiq etməyə hazıram ki, Birləşmiş Ştatlar Suriyada hava əməliyyatlarını davam etdirir", - ABŞ müdafiə nazirliyinin nümayəndəsi bildirib, bu barədə RİA Novosti yazır.

Mənbə daha ətraflı məlumat açıqlamasa da, bildirib ki, ABŞ-ın Suriya ərazisində hərbi iştirakı indi "demək olar ki, daimi" xarakter daşıyır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm