Mühasirədə olan Donetsk aeroportundan son görüntülər – VİDEO
Bizi izləyin

Dünya

Mühasirədə olan Donetsk aeroportundan son görüntülər – VİDEO

Ukraynanın TSN telekanalının jurnalistləri artıq 5 aydır separatçıların mühasirəsində olan Donetsk aeroportunda olublar.

Publika.az-ın telekanalın saytına istinadən verdiyi məlumata görə, sentyabrın 5-dən atəşkəs razılaşmasının qüvvəyə minməsinə baxmayaraq, separatçılar aeroporta atəş açmağa davam edir.

“Demək olar ki, Ukrayna hərbçiləri “böyük torpağa” hər gün yaralı yoldaşlarını göndərirlər. Aeroportu bir neçə aydır ki, 93-cü mexanikləşdirilmiş briqada və xüsusi təyinatlı alayın döyüşçüləri qoruyur”, - aeroportda olan jurnalist Aleksandr Motornıy yazır.

Görüntülərdən də göründüyü kimi, aeroport faktiki olaraq tamamilə dağıdılıb. Ərazinin bir tərəfində yanmış texnika və yüksək nöqtələrdə Ukrayna bayraqları görünür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm