Daxili İşlər Nazirliyi: Suriyadan qayıdan 17 yaşındakı hamilə qızda QİÇS aşkarlanıb
Bizi izləyin

Dünya

Daxili İşlər Nazirliyi: Suriyadan qayıdan 17 yaşındakı hamilə qızda QİÇS aşkarlanıb

Suriyada "cihad nigahı" edib geri qayıdan qadınlarda QİÇS xəstəliyi aşlarlanıb. Bu barədə Tunis hüquq-mühafizə orqanları məlumat yayıb.

Suriyada "cihad nigahı" edib geri qayıdan qadınlarda QİÇS xəstəliyi aşlarlanıb. Bu barədə Tunis Daxili İşlər Nazirliyi məlumat yayıb.

Tunisinin “Eş Suruk” qəzeti yazır ki, Suriyadan qayıdan qızlarda QİÇS xəstəliyinin aşkar edilməsi böyük narahatlıq yaradıb. Qəzet dünənki sayında 17 yaşındakı bir qızın bir il Suriyada qaldıqdan sonra QİÇS xəstəliyinə tutularaq, 5 aylıq hamilə halda geri döndüyünü yazıb. Tunisli bu qız Suriyaya necə getməsi və hal-hazırda Suriyada olan qızların vəziyyəti haqqında məlumatlar da verib.


Qəzetin xəbərində sözügedən qızın "Əl-Nusra Cəbhəsi" və digər silahlı qrupların döyüçüləri üçün başqa ölkələrdən gətirilən qızalrın satıldığını söylədiyi yer alıb.

Hələ 17 yaşında olan qızın dediklərinə görə, daha əvvəl xəstəxana olaraq istifadə edilən binada o biri qadınlarla birlikdə tutulduqlarını və mütəmadi təcavüzə məruz qalıblar


"Evlilik və könüllü seçim etmək məsələsi müzakirə belə edilmirdi. Buna görə mən o qədər pakistanlı, əfqanıstanlı, Livyalı, tunisli, iraqlı, çeçenistanlı, ərəbistanlı və somalili döyüşçülər arasında hansından hamilə qaldığımı və ya hansından QİÇS xəstəliyinə yoluxduğumu bilmirəm!", - deyə qız bildirib.

Oral Mədənçi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm