• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qaribaşvili: “Tiflis Moskva ilə yaxınlaşmaq istəyir, amma…”

  • Dünya
  • 27 Sentyabr 2014 11:03
  • 423 Baxış
Qaribaşvili: “Tiflis Moskva ilə yaxınlaşmaq istəyir, amma…”

“Tiflis Moskva ilə münasibətləri yaxşılaşdırmaq istəyir, amma bu, Gürcüstanın müstəqilliyinə zərər vurmamalıdır”.

Publika.az-ın gürcü mediasına istinadən verdiyi məlumata görə, bu sözləri BMT Baş Assambleyasının 69-cu sessiyasının ümumsiyasi müzakirəsində çıxış edən Gürcüstan baş naziri İrakli Qaribaşvili deyib.

“Tiflisi Moskva ilə münasibətlərdə yeni kurs götürüb. Biz gürcülər Rusiya ilə yaxşı münasibətlər istəyirik, amma bu münasibətlər müstəqilliyimizə zərər vurmamalıdır. Biz məsuliyyətli, praqmatik və konstruktiv qonşu olmaq cəhdinə əsaslanan strategiya həyata keçiririk. Bu, strateji istiqamətdir”, - deyə Gürcüstanın baş naziri bildirib.

Ölkələr arasında ticari münasibətlərin bərpa olunduğunu, Gürcüstan məhsullarının Rusiyaya ixracının 30 faiz artdığını deyən baş nazir həmçinin iddia edib ki, əməkdaşlığın genişləndirilməsi ilə bağlı Tiflisin göstərdiyi cəhdlər Moskva tərəfindən eyni ruhda qarşılanmayıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR