Avtobus uçuruma yuvarlandı, 23 nəfər yaralandı
Bizi izləyin

Dünya

Avtobus uçuruma yuvarlandı, 23 nəfər yaralandı

Ötən gecə saatlarında Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb. Sürücünün idarəetməni itirməsi nəticəsində maşın uçuruma yuvarlanıb.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Əskişəhər İstanbul yolunda baş verən qəzada 23 nəfər yaralanıb.

Hadisə yerinə çağırılan təcili yardım həkimləri ilkin müdaxilə göstərsələr də, vəziyyəti ağır olanlar xəstəxanaya yerləşdirilib.

Yaralılar arasında Pakistan və İraq vətəndaşları da var.

Qəza ilə bağlı cinayət işi açılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm