Şok: İŞİD Kobanini işğal etdi – Foto 18+
Bizi izləyin

Dünya

Şok: İŞİD Kobanini işğal etdi – Foto 18+

Təxminən 2 həftədir ki, genişmiqyaslı əməliyyatların davam etdiyi Suriyanın şimalında, Türkiyə ilə sərhəddə yerləşən strateji və xüsusi önəm verilən Kobani bölgəsinin İŞİD tərəfindən işğal edilməsi xəbəri yayılıb.

Axar.az xəbər verir ki, yayılan məlumatlara görə, bölgədə İŞİD-ə qarşı vuruşan kürd qüvvələri (YPG/PYD) ciddi itkilər verib.

Terror təşkilatına yaxınlığı ilə seçilən “Takvahaber” saytı İŞİD-in iki mərhələdən ibarət əməliyyat təşkil etdiyini və hücumla bölgəni nəzarətə götürdüyünü bildirib.

Saytın məlumatına görə, 10 gün davam edən əməliyyatlar nəticəsində terrorçular 105 kəndi işğal edib. 277 nəfər kürdün öldürüldüyü əməliyyatlarda 70-dən çox kürdün əsir götürüldüyü açıqlanıb.

Hücum nəticəsində 22 terrorçunun öldürüldüyü, 14-nün isə yaralandığı bildirilir.

Xatırladaq ki, Kobaninin işğalı ilə Suriyanın tam yarısı İŞİD-in nəzarətinə keçib. Ölkənin ən iri neft anbarlarının yerləşdiyi bu bölgə Suriyanın Türkiyə ilə sərhəddə əsas strateji nöqtəsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm