Kürdlər Türkiyə sərhəd məftillərini qırdı
Bizi izləyin

Dünya

Kürdlər Türkiyə sərhəd məftillərini qırdı

Suriyanın şimalında İŞİD işğalına cavab olaraq Türkiyə kürdləri sərhəd tellərini qıraraq Kobaniyə axışıb.

Axar.az xəbər verir ki, yüzlərlə insan sərhədi keçib Kobaniyə getməyə cəhd etsə də, təxminən bir saatdan sonra geri dönməyə məcbur olub.

Xatırladaq ki, yayılan məlumatlara görə İŞİD qüvvələri kürdlərin məskunlaşdığı Kobanini işğal edib. 200-ə yaxın kürdün öldürüldüyü hücumda terrorçuların onlarla kürdü əsir götürdüyü bildirilir.

5 silah anbarını ələ keçirən İŞİD-in bu saatlarda Türkiyə sərhədinə tərəf hərəkət edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm