Kataloniya müstəqillik haqqında referendumu rəsmən elan edəcək
Bizi izləyin

Dünya

Kataloniya müstəqillik haqqında referendumu rəsmən elan edəcək

İspaniyanın Kataloniya muxtar vilayətinin başçısı Artur Mas bu gün rəsmən müstəqillik haqqında referendumun keçirilməsini elan edəcək.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə BBS teleradioyayım korporasiyası bildirib.

Xatırladaq ki, muxtar vilayətin parlamenti 19 sentyabrda referendum haqqında qərar qəbul edib. Müstəqillik haqqında referendumun 9 noyabrda keçirilməsi nəzərdə tutulur. Qərara görə, ümumxalq sorğusunu keçirmək hakimiyyət orqanlarının təşəbbüsü, həmçinin təşəbbüs qrupunun köməyi ilə mümkün olacaq. Təşəbbüs qrupunun isə 50 min imza toplaması tələb olunur.

Referendumda xaricdə yaşayan kataloniyalılar, həmçinin muxtariyyətdə 3 ildən artıq daimi yaşayan əcnəbilər iştirak edə biləcək.

Yerli hakimiyyətin fikrincə, rəsmi Madridin razılığı olmadan ümumxalq sorğunu keçirmək mümkündür. İspan hakimiyyəti isə referendumu qeyri-qanuni hesab edir.

Demək olar ki, Kataloniya əhalisinin 60 faizi dövlət quruluşunu dəstəkləyir. “Omnibus” ictimai rəy fondunun keçirdiyi son sorğunun nəticələrinə əsasən, respondentlərin 58,8 faizi muxtar vilayətin müstəqilliyini dəstəkləyir, 31,9 faizi isə buna qarşıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm