Lavrov: “Bunun üçün hərbi güc və siyasi iradəmiz var”
Bizi izləyin

Dünya

Lavrov: “Bunun üçün hərbi güc və siyasi iradəmiz var”

“Rusiya və ABŞ arasında qızğın silahlanma yarışı yoxdur və olmayacaq. Ancaq Moskva öz milli maraqlarını qorumaq üçün lazım olan hər şeyi edəcək”.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov “Beşinci” kanala müsahibəsində deyib.

“İnandırmaq istəyirəm ki, heç bir qızğın silahlanma olmayacaq. Amma bizim təhlükəsizliyimiz etibarlı olmalı və müvafiq olaraq təmin edilməlidir. Moskvada bunun üçün bütün vasitələr, o cümlədən hərbi güc, siyasi iradə və ən müasir üsullarla ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üzərində işləyən savadlı mütəxəssislərimiz var”, - deyə Rusiya xarici işlər naziri söyləyib.

Xatırladaq ki, iyul ayında Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın sanksiyalarını “hücum silahı” ilə müqayisə etdi. O, həmçinin vurğulayıb ki, Rusiya qızğın silahlanmaya daxil olmağa hazırlaşmır və bütün bu cür addımlara cavab vermək niyyətində deyil. “Amma biz zəhərə qarşı zərdabı axtarmağa məcburuq. Hücum silahına müdafiə tapılmalıdır. Biz bununla məşğul olacağıq”, - S.Ryabkov vurğulamışdı.

Sentyabrın ortalarında ABŞ Rusiyaya qarşı sanksiyaların növbəti paketini qəbul edib. Yeni sanksiyalar Rusiya iqtisadiyyatının neft, müdafiə və bank sektorlarını əhatə edir. Xüsusi olaraq, sanksiyalar altına dərin sular, şist qatları və Arktika relyefində neft çıxartma üzrə Rusiya layihələrinin texnologiyalarla təmin olunmasından imtina edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm