Yaponiyada vulkan püskürdü, lava altında qalanlar var
Bizi izləyin

Dünya

Yaponiyada vulkan püskürdü, lava altında qalanlar var

Yaponiyanın mərkəzi hissəsində yerləşən Naqano və Kifu prefekturalarının sərhədində Ontake vulkanı püskürüb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, NHK yapon teleradio şirkəti 8 nəfərin zərər çəkdiyini bildirib.

Yerli hakimiyyət nümayəndələrinin məlumatına görə, zərər çəkənlərdən biri ciddi travma alıb, yeddi nəfər isə yüngül yaralanıb. “The Japan Times” qəzeti isə zərər çəkənlərin hamısının turistlər olduğunu qeyd edib. Qəzetin yazdığına görə, bir neçə nəfər vulkan külünün altında qalıb. Lakin bu barədə rəsmi informasiya yoxdur.

Yaponiyanın meteoroloji agentliyi vulkanın təklükəlilik dərəcəsini ən yüksən olan beş balla qiymətləndirib.

Hazırda Ontake vulkanının püskürməsi davam edir. Vulkanın yaxınlıqdakı yaşayış məntəqələrinə zərər verə biləcəyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm