Hüsnü Mübarək helikopterlə məhkəmə zalına gətirildi
Bizi izləyin

Dünya

Hüsnü Mübarək helikopterlə məhkəmə zalına gətirildi

Misirin keçmiş prezidenti Hüsnü Mübarək Qahirədə məhkəmə prosesində iştirak etmək üçün müalicə aldığı hərbi hospitaldan helikopterlə məhkəmə zalına gətirilib.

Publika.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, Hüsnü Mübarək hakim qarşısında keçmiş nazirlər və oğulları ilə birlikdə dayanacaq.

Korrupsiya ittithamı ilə bağlı bəraət alan Mübarək hakimlər qarşısında 2011-ci ildə etirazlar zamanı aksiyaçıların öldürülməsinə göstəriş vermək ittihamlarına cavab verməlidir. Hüsnü Mübarəkin oğulları Camal və Alaa isə maliyyə fırıldaqçılığında ittiham olunur. İttiham aktına görə, onlar Misirin “Al Watany” bankına səhmlərin satışı zamanı maliyyə fırıldağına yol veriblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm