“Rusiyanı SSRİ kimi görmək axmaqlıqdır”
Bizi izləyin

Dünya

“Rusiyanı SSRİ kimi görmək axmaqlıqdır”

“İndi bir çoxları müasir Rusiyanı SSRİ-nin Brejnev dövrü olaraq görürlər. Bu axmaqlıqdır”.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çexiyanın eks-prezidenti Vatslav Klaus deyib. Onun sözlərinə görə, Qərb Rusiyaya qarşı yanlış və düşmən siyasəti aparır:

“Avropa hələ də Rusiyanı Sovet İttifaqı kimi görür. Mən həyatımın çox hissəsini Sovet hökmranlığı altındakı kommunist Çexoslovakiyasında keçirdim. SSRİ ilə Rusiya arasında bir çox fərq var. Bunu anlamaq üçün sadəcə gözlərinizi bağlayın. Mən həmişə amerikalı və britaniyalı dostlarımla söhbətimdə Rusiya ilə SSRİ arasındakı siyasi sistemin fərqli olduğunu müdafiə etmişəm. Amma indi bir çoxları müasir Rusiyanı SSRİ-nin Brejnev dövrü olaraq görürlər. Bu axmaqlıqdır”.

Qeyd edək ki, Vatslav Klaus 2003-2013-cü illərdə Çexiya Respublikasının prezidenti olub. O, siyasətdə həmişə müstəqil və fərqli fikirlərinə görə tanınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm