Hahn: “Mücahidlər Kreml üçün ən qorxulu təhlükədir”
Bizi izləyin

Dünya

Hahn: “Mücahidlər Kreml üçün ən qorxulu təhlükədir”

“Ruslar çeçenlərin onların 90-cı illərdə başlarına gətirdiklərini hələ yaddan çıxartmayıblar”.

Bu sözləri Axar.az-a açıqlamasında amerikalı analitik Qordon Hahn deyib. O, Putin üçün ən böyük təhlükələrdən birinin islam mücahidləri olduğunu söyləyib:

“Kreml üzərindən heç vaxt cihad qorxusu getməyib. Ruslar çeçenlərin onların 90-cı illərdə başlarına gətirdiklərini hələ yaddan çıxartmayıblar. Hazırda Qafqazda mücahidlərin əksəriyyəti İŞİD-in tərkibində döyüşür. Məhz bu döyüşçülər Moskva üçün böyük təhlükədir. Qafqazlı mücahidlərin bəzilərinin İŞİD-in idarəetməsində də iştirak etməsi bu təhlükəni daha qorxulu vəziyyəti çatdırır. İndi təsəvvür edin, onlar Qafqaza qayıdırlar və yenə də 1997-ci il bərpa olunur. Bu zaman yeni siyasi fikrə sahib olan ruslar Putini hakimiyyətdə saxlayarlarmı?”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm