• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Lavrov: “Ya da “Sıfırlama 2” kimi bir şey...”

  • Dünya
  • 28 Sentyabr 2014 08:25
  • 504 Baxış
Lavrov: “Ya da “Sıfırlama 2” kimi bir şey...”

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ABŞ-ın Rusiya ilə bağlı siyasətində sıfırlanma olduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, mətbuata açıqlama verən Lavrov ABŞ-ın Rusiya ilə münasibətdə radikal mövqe sərgilədiyini qeyd edib:

“Biz əlaqələrin normallaşmasında maraqlıyıq. Bu əlaqələri pozan da biz deyilik. Vaşinqtonun hazırki siyasəti Moskva ilə əməkdaşlıqdan imtina etməyə yönəlib. Mövcud rəhbərlik bizimlə illər boyu qurduqları əməkdaşlığı məhv etmək üzrədir”.

Böyük ehtimalla ABŞ rəhbərliyinin başqa bir şey düşündüyünü deyən Lavrov bunu qəribə tərzdə ifadə edib: “Burada ikinci sıfırlama ola bilər. Ya da “Sıfırlama 2” kimi bir şey ...”

ABŞ prezidenti Barak Obamanın BMT Baş Assambleyasında Eboladan sonra Rusiyanı dünya üçün bir təhdid olaraq göstərməsinə münasibət bildirən baş diplomat dünya ölkələrinin belə düşünmədiyini qeyd edib:

“Obama tərəfindən terror üçüncü təhdid olaraq göstərildi: başlıca təhdidlər isə Ebola virusu və Rusiya təcavüzkarlığıdır. Bu sıralamanın dünya cəmiyyəti tərəfindən qəbul edildiyini düşünmürəm”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR