Rusiya İŞİD əleyhinə koalisiyaya qoşulur?
Bizi izləyin

Dünya

Rusiya İŞİD əleyhinə koalisiyaya qoşulur?

Rusiyanın İŞİD-ə qarşı yaradılmış koalisiyada iştirakı az inandırıcıdır.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” ABŞ-ın adının çəkilməsini istəməyən yüksək vəzifəli şəxsi deyib.

O, Vaşinqtonun Rusiyaya hələlik bu koalisiyada iştirak etməsi ilə bağlı heç bir təklif göndərilmədiyini bildirib:

“İŞİD-ə qarşı mübarizə Rusiya və ABŞ arasında ən yüksək diplomatik səviyyələrdə müzakirə ediliib. Amma tərəflər hələ mövcud razılıqla bağlı bir-birinə olan inam baryerini aşa bilməyiblər. Moskvanın əsas problemi İŞİD-ə qarşı əməliyyatın Suriyanın və BMT-nin razılığı əsasında həyata keçirilməsidir ki, onu da biz qəbul edə bilmərik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm