Moskvadan yəhudilərə sərt mesaj: “Rusiyanı tərk edin”
Bizi izləyin

Dünya

Moskvadan yəhudilərə sərt mesaj: “Rusiyanı tərk edin”

“Rusiya yəhudilərinə İsrailə köçməyə yardım eləmək lazımdır”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Dövlət Dumasının deputatı Yelena Mizulina çıxış edib.

O, yəhudilərdən ruslara heç bir xeyir gəlmədiyini vurğulayıb:

“Biz onlara Rusiyanın azad olunmasına görə medalla təltif eləməliyik. Biz onlara sizin öz ölkəniz var deməliyik. Ora gedin və bizi rahat buraxın. Biz özümüz burada birtəhər öhdəsindən gələcəyik. Hazırda yəhudilər biznesdə, rəhbər vəzifələrdə, mətbuatda böyük rol oynayır. Harada işləməyindən asılı olmayaraq, istənilən yəhudi İsrail tərəfə baxır və bizim ölkənin patriotu ola bilməz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm