• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Separatçılar əsirlərin mübadiləsindən imtinaya hazırlaşır

  • Dünya
  • 29 Sentyabr 2014 01:26
  • 462 Baxış
Separatçılar əsirlərin mübadiləsindən imtinaya hazırlaşır

“Donetsk Xalq Respublikası” separatçı qurumun silahlıları ilə Ukrayna hərbçilərinin növbəti mübadiləsi həyata keçirilib.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ATƏT nümayəndələrinin iştirakı ilə 60 separatçı Ukraynanın 30 hərbçisi ilə dəyişdirilib.

"İnterfaks”ın yazdığına görə, Ukrayna tərəfindən azad olunanların heç də hamısı hərbi əməliyyatların iştirakçısı olmayıb. "Məni mitinqdə iştirak edirdim. Mənim qoşunla heç bir əlaqəm yoxdur”, - azad olunanlardan biri bildirib.

Bundan əvvəl isə “DXR”in hərbi əsirlər üzrə komitənin rəhbəri Darya Morozov əsirlərin mübadiləsinin dayandırıla biləcəyini söyləmişdi. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti “xalq respublikası”nın “özünümüdafiə qüvvələri” ilə əlaqəsi olmayan şəxsləri hərbi əsirlərlə dəyişir. “DXR”in "müdafiə naziri" Vladimir Kononov da bildirmişdi.

Ukrayna tərəfindən verilən 174 nəfərdən yalnız 30-u “DXR”in hərbçiləri olub.

Separatçı qurumun “baş nazir”i Aleksandr Zaxarçenko əsirlərin mübadilə məsələlərinin üçtərəfli əlaqə qrupunun gələn həftə Minskdə keçiriləcək toplantısında müzakirə olunacağını deyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR