Dubay əmirindən İŞİD-ə qarşı 3 mərhələli plan
Bizi izləyin

Dünya

Dubay əmirindən İŞİD-ə qarşı 3 mərhələli plan

Dubay əmiri Şeyx Məktum İŞİD-ə qarşı hərbi müdaxilənin həllin yalnız bir hissəsi ola biləcəyini bildirib.

Axar.az xəbər verir ki, BƏƏ Baş naziri və Dubay əmiri Şeyx Məktum mətbuata açıqlamasında İŞİD-ə qarşı mübarizədə 3 mərhələli plan təklif edib.

Gələcək on il üçün dünyanın ən böyük təhlükə ilə üz-üzə qala bilcəyini bildirən Məktum üç mərhələli planı belə izah edib:

"Bölgədə daimi sülhün bərqərar olması 3 mərhələ tələb edir. Savaşı qazanmaq, zəif rəhbərlikləri gücləndirmək və orta səviyyəli insanların inkişafını təmin etmək. İlk olaraq bir çox düşüncəyə sahib olanların dinlənilməsi və açıq fikirli bir mühit yaratmaq lazımdır. İkinci mərhələdə isə rəhbərliklərin xalq tərəfindən dəstəklənməsi böyük əhəmiyyət kəsb edir. Son mərhələdə də Yaxın Şərqin bir çox yerində qarşımıza çıxan problemlər var: orta səviyyəli insanların inkişafına maneə olan sədləri keçmək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm