Türkiyəyə hücum: Yaralılar var – Son dəqiqə
Bizi izləyin

Dünya

Türkiyəyə hücum: Yaralılar var – Son dəqiqə

Suriyanın şimalında qarşıdurma yaşanan bölgədən Türkiyə ərazisinə hava mərmisi atılıb.

Axar.az xəbər verir ki, mərmi Şanlıurfanın Suruç mahalında bir evi yerlə yeksan edib. Partlayış nəticəsində 3 nəfər ağır yaralanıb. Yaralıların xəstəxanaya yerləşdirildiyi bildirilir.

Verilən məlumatlara görə, İŞİD terrorçuları ilə kürd ordu birləşmələri arasında Kobani bölgəsində atışmalar davam edir. Amma mərmini hansı tərəfin atdığı barədə məlumat yoxdur. Ərazidə təhlükəsizlik tədbirlərini gücləndirən türk jandarm qüvvələri yaşayış evlərinin boşaldılmasına başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm