Türkiyə sərhədə qoşun yığdı - Fotolar
Bizi izləyin

Dünya

Türkiyə sərhədə qoşun yığdı - Fotolar

Türkiyənin Suriya ilə sərhədindəki Kobani ərazisi əsl cəhənnəmi xatırladır.

Axar.az xəbər verir ki, İŞİD-lə kürd hərbçilərinin toqquşduğu Kobanidə son vəziyyəti əks etdirən fotoları Feysbuk istifadəçisi olan türkiyəli Heydər Çavuş lentə alınıb. Fotolardan da göründüyü kimi, Türkiyə tərəfi sərhədə qoşun yığıb və İŞİD-ə müqavimət üçün hazır vəziyyətə gətirilib. Sərhəddə polis qüvvələri də görünür. Kobanidə davam edən atışmalarda 3 raket Şanlıurfanın Suruç bölgəsinə düşüb. Nəticədə üç nəfər yaralanıb. Təhlükəsizlik qüvvələri kürd dilində bölgəni boşaltmağa çağırış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm