Leninin Ukraynadakı ən böyük heykəlini uçurdular -VİDEO
Bizi izləyin

Dünya

Leninin Ukraynadakı ən böyük heykəlini uçurdular -VİDEO

Ukraynanın Xarkov şəhərində Leninin bu ölkədəki ən böyük heykəlini uçurdular.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, nəhəng heykəli ayaqlarının bir hissəsini kəsdikdən sonra ikinci cəhddə yıxmaq mümkün olub.

Heykəlin yıxılmasından sonra oraya toplaşan 3 minə qədər insan vətənpərvər mahılar oxumağa və şüarlar səsləndirməyə başlayıb.

Ukrayna Daxili İşlər Nazirliyinin Xarkov bölməsi isə hadisə ilə bağlı cinayət işi açıb. Şöbədən verilən məlumata görə, başqa vətəndaşları da radikal hərəkətlərə təhrik edən şəxsləri Cinayət Məcəlləsinin 298-cu maddəsi (mədəni irs abidələrini məhv etmək, dağıtmaq və ya zədələmək) ilə 5 ilə qədər azadlıqdan məhrum edilmə cəzası gözləyir.

Xarkovda Azadlıq meydanında yerləşən abidə Ukraynada ən böyük hesab olunur. Abidənin ümumi hündürlüyü 20,2m, Leninin tunc fiqurunun hündürlüyü isə 8,5 metrdir. Heykəl 1963-cü ildə ucaldılmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm