Ukraynanın məxfi planı açıqlandı
Bizi izləyin

Dünya

Ukraynanın məxfi planı açıqlandı

Ukrayna hazırkı neytral statusundan imtina edə bilər.

Publika.az-ın verdiyi xəbərə görə, Ukraynanın TSN telekanalı bunun “Ukraynanın müdafiəsi və müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün təcili ölçülər haqqında” qanunun məxfi hissəsində yer aldığını bildirib.

Xatırladaq ki, zözügedən qanun 28 avqust 2014-cü il tarixində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən qəbul edilib. Qanunda Ukrayna və Rusiya Federasiyasının dövlət sərhədində yerləşən avtomobil buraxılış məntəqələrinin müvəqqəti bağlanması, həmçinin ehtiyac olduğu halda digər növ buraxılış məntəqələrinin də müvəqqəti bağlanması əksini tapıb. Ukrayna prezidenti Pyotr Poroşenko isə 25 sentyabr tarixində qanunu imzalayıb. Qanunun 20-yə qədər bəndi məxfiləşdirilib.

TSN telekanalının məlumatına görə, məxfiləşdirilən bəndlərdən biri də Ukraynanın neytral statusundan imtina etməsi ilə bağlıdır. Telekanal bildirir ki, təxirə salınmadan qanun layihəsinin hazırlanması barədə Nazirlər Kabinetinə tapşırıq verilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm