Kremlə xəbərdarlıq: “Rusiyada “soyuq vətəndaş müharibə”si gedir”
Bizi izləyin

Dünya

Kremlə xəbərdarlıq: “Rusiyada “soyuq vətəndaş müharibə”si gedir”

Rusiyanın “Yabloko” Partiyasının banisi Qriqori Yavlinskiy “Azadlıq” radiosuna müsahibəsində ölkəsinin prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı siyasətindən, ümumilikdə Putinin “yeni yolu”ndan danışıb.

Publika.az-ın verdiyi xəbərə görə, Q.Yavlinskiy Putinin yeni kursunun “Rusiya Avropa deyil” olduğunu bildirib.

Onun sözlərinə görə, Putin Ukraynanın Avropa cəmiyyətinin bir hissəsi olmaması üçün bu ölkəni nəzarət altında saxlamağa çalışır. Q.Yavlisnkiy qeyd edir ki, Kreml ilkin mərhələdə Ukraynanı bufer dövlətə çevirməyə çalışır: “Sonrakı mərhələdə isə irimiqyaslı işğal və ya Ukraynanın Rusiya məkanına inteqrasiyası məsələlərinə baxıla bilər. Bu ən kobud siyasi səhvdir və heç bir perspektivə malik olmayan, dalana aparan siyasətdir. Mən Rusiya siyasətçisiyəm, amma hesab etmirəm ki, məsuliyyət Kiyev hakimiyyətinin üzərinə düşür. Bu insanlar öz qərarlarını qəbul edirlər. Mən onlarla razılaşa və ya razılaşmaya bilərəm, amma bu, onların qəbul edəcəyi qərardır. Mənim ölkəm lazımsız və təhlükəli hərəkətləri dəstəkləyir, silahla, pulla, qan tökməklə və təbliğatçılıq yolu ilə”.

Rusiyanın “Yabloko” Partiyasının banisi hesab edir ki, Ukrayna böhranı artıq Rusiyanın daxili siyasi vəziyyətinə də təsir göstərir: ”Ukrayna böhranının belə bir miqyas alması önəmli ölçüdə Rusiyaya proyeksiya edilir. Mən bunu “soyuq vətəndaş müharibəsi" adlandırardım. Bəzən elə hallar olur ki, qohumlar, hətta eyni ailə üzvləri Ukrayna məsələsində bir-birinə qarşı dururlar. Bu, Rusiya üçün faciəli vəziyyətdir. Rusiya rəhbərliyi yeni kurs seçib. Bu, Avrasiya dövlətinin qurulması kursudur. Bu, Rusiya üçün dağıdıcı və təhlükəli kursdur. Avrasiya dövlətinin qurulması kursu Rusiyada əvvəllər aparılan müzakirələrdən güclü şəkildə fərqlənir. Əvvəl aparılan müzakirələr bundan ibarət idi ki, bazar iqtisadiyyatı və demokratik institutlar yaradılır. Avrasiya dövləti kursu Rusiyanı tamamilə başqa istiqamətə aparır. Yeni kursu aşağıdakı qaydada anlamaq olar. Əgər Avropa siyasi həyatında, Avropa mədəniyyətində işgəncələr yolverilməzdirsə, deməli, biz buna icazə veririk. Əgər Avropada qanunun icrası tamamilə məcburidirsə, biz anlayışlar üzrə hərəkət edəcəyik. “Rusiya Avropa deyil” adlanan yeni kurs ölkəni yalnız siyasi dalana aparmır, həm də Rusiyanın siyasi inkişafının istiqamətini dəyişir”.

Rusiyalı siyasətçi qeyd edir ki, Rusiya və Ukrayna arasında baş verənlər, əslində, postsovet məkanındakı siyasi proseslərdə tam qırılmadır.

O, Putinin “Rusiya Avropa deyil” adlanan yeni kursunun şüurlu bir qərar olduğunu, bu kursu seçməyə onu heç kimin məcbur etmədiyini bildirib. “Bütün bunlar Rusiyanı böyük böhrana gətirib çıxaracaq. Məlum deyil ki, bu böhran gec, yaxud da nisbətən sürətli baş verəcək. Amma mütləq baş verəcək”, - deyə Q.Yavlinski qeyd edib.

Rusiya iqtisadiyyatını gözləyə biləcək ciddi təhlükələrə gəlincə, o, iqtisadiyyatda fundamental problemlərin artıq göründüyünü vurğulayıb: “Bu problemlər artıq keçən ilin sonunda görünürdü. İqtisadi artım tempinin sürəti azaldı. Qərbin sanksiyaları da Rusiya iqtisadiyyatı üçün olduqca ciddi yükdür. Düşünürəm ki, bu il üçün ən yaxşı proqnoz sıfır artımdır. Fikrimcə, gələn il, həmçinin 2016-cı ildə ciddi azalma əlamətləri olacaq”.

O, ukraynalıların Rusiyadan incikliyinin əsaslandırılmış və çox ciddi inciklik olduğunu düşünür. Siyasətçi hesab edir ki, bu inciklik yalnız Rusiyanın Ukraynanın maraqlarına zidd olmayan strateji kurs seçməsindən sonra aradan qalxa bilər.

Q.Yavlinskiy Rusiyada insanların əksər hissəsinin Putinin siyasi kursu ilə razı olmadığını dilə gətirib: “Rusiyanın siyasi səhnəsinə faktiki olaraq Mixail Xodorkovski qayıtdı. Berlikdə tədbirlər seriyasını təşkil edən Xodorkovski özünün "Açıq Rusiya" layihəsini təqdim etdi. Mən ona ən yaxşılarını arzu edirəm. Mən şadam ki, o, azadlıqdadır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm