Obama Kremli hədələdi: “Bu halda NATO-Rusiya müharibəsi olacaq”
Bizi izləyin

Dünya

Obama Kremli hədələdi: “Bu halda NATO-Rusiya müharibəsi olacaq”

“Ümid edirəm ki, NATO və Rusiya arasında hərbi qarşıdurma olmayacaq”.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ prezidenti Barak Obama deyib.

“Biz Şimali Atlantika ittifaqındakı müttəfiqlərimizə zəmanət vermək üçün böyük səy göstəririk. Məsələn, mən NATO-nun Uels sammitindən əvvəl Estoniyada oldum. Şimali Atlantika müqaviləsinin 5-ci maddəsində yazılıb ki, NATO-nun bir ölkəsinə silahlı müdaxilə hamıya hücum kimi qiymətləndirilir və kollektiv müdafiə nəzərdə tutulur. Əgər NATO ölkəsində belə problemlər yaranırsa, biz yardıma gəlirik. Yalnız bu halda hərbi qarşıdurma olacaq”, - deyə Obama bildirib.

ABŞ prezidenti əlavə edib ki, Rusiya da NATO müqaviləsinin 5-ci maddəsindən doğan reallığı anlayır.

B.Obama qeyd edib ki, Moskva Ukraynaya qarşı hərəkətləri ilə beynəlxalq normaları və çiçəklənən Avropanın yaradılması istiqamətində planları pozur. Obamanın sözlərinə görə, Rusiyanın düzgün istiqamətdə hərəkət etmək imkanları hələ qalır.

ABŞ dövlət başçısının sözlərinə görə, ölkəsinin vaxtında müdaxiləsi olmasaydı, Rusiya qazının Ukraynaya çatdırılması və Ukrayna böhranının siyasi həllinə yol açan atəşkəs razılaşmaları mümkün olmazdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm