• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

KİV: İŞİD türk əsgərlərini əsir aldı?

  • Dünya
  • 29 Sentyabr 2014 13:03
  • 627 Baxış
KİV: İŞİD türk əsgərlərini əsir aldı?

“Vaşinqton Post” qəzeti Suriyada yerləşən Süleyman şah türbəsini qoruyan türk əsgərlərinin İŞİD tərəfindən girov götürüldüyünü iddia edib.

Axar.az xəbər verir ki, “Vaşinqton Post” qəzeti kürd qüvvələrinin İŞİD-ə qarşı müqavimət göstərdiyi bir vaxtda Süleyman şah türbəsinin İŞİD tərəfindən müasirəyə alındığını və türk əsgərlərinin əsir alına biləcəyini iddia edib.

Qəzetin xəbərinə görə, türk əsgərlərinin əsir alınması ilə bağlı məlumat hələlik öz təsdiqini tapmayıb.

Hərbi qaynaqlar isə türk əsgərlərinin İŞİD-in əlində olma iddiasını inkar ediblər.

“Hürriyyət” qəzetinə danışan qaynaq bölgənin İŞİD-in nəzarətində olduğunu, ancaq əsgərlər üçün heç bir təhdidin olmadığını deyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR