İŞİD Bağdada hücuma keçdi
Bizi izləyin

Dünya

İŞİD Bağdada hücuma keçdi

İraq Şam İslam Dövlətinin (İŞİD) qüvvələri İraqın paytaxtı Bağdada hücuma keçiblər.

Axar.az xəbər verir ki, İŞİD qüvvələri Bağdadın 40 kilometrliyində yerləşən Amriya əl Fəllucə qəsəbəsinə gecə yarısı hücum edib.

“Frans Press” agentliyinə açıqlama verən yerli polis rəisi Aref əl Cənabi beş saat davam edən döyüşə İraq Hərbi Hava Qüvvələrinin təyyarələri müdaxilə edib.

Cənabi aviazərbələr nəticəsində 15 terrorçunun öldürüldüyünü bildirib.

Döyüş zamanı polis və sünni qəbilələrin də itki verdiyini deyən Cənabi İŞİD lideri Molla Casi Məhəmməd Hamadın da öldürüldüyünü qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm