• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Medvedev Krım limanlarının statusunu təsdiq etdi

  • Dünya
  • 29 Sentyabr 2014 15:22
  • 379 Baxış
Medvedev Krım limanlarının statusunu təsdiq etdi

Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev Rusiyanın dəniz limanlarının beynəlxalq statusunu təsdiqləyən sərəncamı imzalayıb.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə baş nazirin özü müavinləri ilə keçirdiyi müşavirədə bildirib.

“Mən daha bir sənəd imzaladım. Bu sənəd Rusiyanın bütün dəniz limanlarının beynəlxalq statusunu təsdiq edir. Buraya həmçinin Krım Muxtar Respublikasının ərazisindəki limanlar da daxildir. Düşünürəm ki, bundan sonra Rusiya limanlarına yan alan xarici gəmilər üçün gömrük prosedurları daha sadə olacaq və əlavə icazələr lazım olmayacaq. Beləliklə də, limanlar bütün gücü ilə işləyə biləcəklər”, - deyə Rusiya hökumətinin başçısı bildirib.

Xatırladaq ki, 16 mart 2014-cü il tarixində Krımda referendum keçirilib. Əhalinin böyük əksəriyyəti Ukraynadan ayrılmağa və Rusiya ilə birləşməyə səs verib. İki gün sonra isə muxtar respublikanın Rusiya ilə birləşməsi barədə müqavilə imzalanıb.

Ukrayna ilə yanaşı, Qərb ölkələri referendumun nəticələrini tanımır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR