Nazarbayevdən maraqlı təklif: “İki ildən bir görüşək”
Bizi izləyin

Dünya

Nazarbayevdən maraqlı təklif: “İki ildən bir görüşək”

Qazaxıstan prezidenti Nursultan Nazarbayev xəzəryanı dövlət başçılarının sammitini iki ildən bir keçirməyi təklif edib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, N.Nazarbayev bu təkliflə Həştərxanda keçirilən IV Xəzər sammitində çıxış edib.

“Mən düşünürəm ki, sammitləri iki ildən bir keçirmək olardı. Biz 2016-cı ildə növbəti sammiti qəbul etməyə hazırıq. Bu, Xəzər dənizinin sahilində və ya yaxud Qazaxıstanın digər şəhərlərindən birində ola bilər”, - deyə Qazaxıstan prezidenti vurğulayıb.

Növbəti Xəzər sammitinin 2015-ci ildə keçirilməsi planlaşdırılırdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm