“Xəzər beşliyi” yeni struktur yaradır
Bizi izləyin

Dünya

“Xəzər beşliyi” yeni struktur yaradır

Xəzəryanı dövlətlər birgə layihələrin koordinasiyası üçün struktur yarada bilər.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə IV Xəzər sammitinin nəticələrindən danışan Rusiya Federasiyası prezidenti Vladimir Putin bildirib.

“Çoxtərəfli layihələr maliyyə təminatı ilə yanaşı, əhəmiyyətli və daimi təşkilati dəstək tələb edir. Buna görə də partnyorlarımızla razılaşdıq ki, koordinasiya üzrə strukturun yaradılması üzərində düşünək. Bu struktur müvafiq məsələlərlə məşğul olardı”, - deyə Rusiya prezidenti vurğulayıb.

V.Putin söyləyib ki, regional əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yeni formatların yaradılması sevindirici haldır. O xatırladıb ki, Xəzər sammitləri tarixində ilk dəfə biznes-forum və xəzəryanı dövlətlərin gənclərinin toplantısı keçirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm