Rusiya: Terrorizm Türkiyə və İordaniyaya yayılacaq
Bizi izləyin

Dünya

Rusiya: Terrorizm Türkiyə və İordaniyaya yayılacaq

Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov İŞİD terrorizminin Türkiyə, İordaniya və Səudiyyə Ərəbistanına yayılacağı xəbərdarlığını edib.

Axar.az xəbər verir ki, İŞİD-in sərhəd tanımayan bir problem olduğuna toxunan Boqdanov tutarlı planla hərəkət etmək gərəkdiyini bildirib:

“İŞİD ilə yalnız İraq və Suriyada döyüşmək sadə bir yanaşma olar. Bunun üçün tutarlı plan lazımdır. Böyük ehtimalla müharibə 3 il və ya daha çox davam edə bilər. Bunu təxmin etmək çox çətindir”.

Yalnız İŞİD-lə deyil, bütün terrorçu qruplaşmalarla mübarizə aparmaq lazım olduğunu deyən Boqdanov əks təqdirdə terrorun dünyanı bürüyəcəyini deyib:

“Əl-Qaidə, İŞİD və Əl-Nusra bunlara daxildir. Bu mübarizə nə qədər sürəcək? Bunlar artıq beynəlxalq təşkilata çevrilirlər. Üzvləri bir ölkədən digərinə keçə bilir. Bu, İraq, Suriya və ya Liviyada həll edilə biləcək bir problem deyil. Bu hadisə göründüyündən daha təhlükəlidir. ABŞ, Rusiya, ya da Orta Şərq terrorçuların məskəni ola bilər”.

Boqdanov Rusiyanın BMT Təhlükəsizlik Şurasında Suriyaya qarşı hərbi əməliyyatlara veto qoymasını xatırladaraq bunun çox əhəmiyyətli olduğunu vurğulayıb:

“Bu mənim şəxsi fikrimdir. Əgər Dəməşqdə Əsəd hökuməti olmasaydı, indi o şəhər İŞİD-in paytaxtı olacaqdı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm