Rus politoloq: “Ukrayna Rusiya ilə müharibəni uduzacaq”
Bizi izləyin

Dünya

Rus politoloq: “Ukrayna Rusiya ilə müharibəni uduzacaq”

“Ukrayna iqtisadi çöküş astanasındadır”.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Leonid Savin deyib.

O, Rusiyanın Ukrayna ilə müharibə aparmadığını söyləyib:

“Rusiya Ukrayna ilə müharibə aparmır. Qərblə Rusiya arasında qlobal qarşıdurma həyata keçirilir, Ukrayna isə yaranmış vəziyyətin girovuna çevrilərək Qərbi seçib. Təbii ki, Ukrayna uduzacaq, çünki gələcəyi üçün ən pis ssenarini seçib. Ukrayna artıq ərazisinin yarısını (Luqansk Xalq Respublikasını, Donetsk Xalq Respublikasını və Krımı) itirib və milyonlar vətəndaşı iqtisadi iflas astanasındadır. Rusiya isə öz milli maraqlarını qoruyur. Sanksiyalara baxmayaraq, Moskva öz istiqamətini dəyişən deyil”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm