• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Motosikletlər dövriyyədə - İŞİD taktika dəyişdirdi

  • Dünya
  • 30 Sentyabr 2014 01:00
  • 691 Baxış
Motosikletlər dövriyyədə - İŞİD taktika dəyişdirdi

Terror təşkilatı İŞİD ABŞ liderlik etdiyi beynəlxalq koalisiyanın hava hücumlarına qarşı taktika dəyişdirib.

Publika.az-ın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, təşkilat motosikletlərdən istifadəni artıraraq sürətli şəkildə yerini dəyişdirirlər.

Agentliyə danışan suriyalı Məhəmməd Nurəddin İŞİD-in hava hücumlarından sonra davamlı və sürətli bir şəkildə yerlərini dəyişdirdiyini ifadə etdi. Nurəddin Hələb çölündəki bəzi bölgələrdəki İŞİD silahlılarının geri çəkildiyini bildirib.

Qeyd edək ki, ABŞ-ın liderlik etdiyi, Avropa və ərəb ölkələrinin iştirakı ilə qurulan beynəlxalq koalisiya İraq və Suriyada təşkilatın irəliləyişini dayandırmaq üçün keçən həftənin çərşənbə axşamı hava hücumlarına başlayıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR