İŞİD Bağdadın 2 kilometrliyində, min əsgər öldürüldü
Bizi izləyin

Dünya

İŞİD Bağdadın 2 kilometrliyində, min əsgər öldürüldü

Terror təşkilatı iŞID-in Bağdadı ələ keçirmək üçün başladığı hücumda İraq ordusunun 1000 hərbçisi öldürülüb.

Publika.az-ın verdiyi xəbərə görə, bu iddia ilə BBC radiosu və “Daily Mail” qəzetləri çıxış edib.

Xəbər verildiyi kimi, ABŞ liderlik etdiyi koalisiya gücləri Suriyada İŞİD mövqelərini bombaladığı bir vaxtda, terror təşkilatı paytaxt Bağdad istiqamətində irimiqyaslı hücuma başlayıb. “Daily Mail” terror təşkilatının Bağdada 2 kilometrə qədər yaxınlaşdığını bildirib.

Terror təşkilatının həmçinin Bağdad yaxınlığındakı bir çox kəndi ələ keçirdiyi iddia edilir.

BBC isə xəbərində İŞİD silahlılarının Bağdadın 10 kilometrliyinə qədər yaxınlaşdığı qeyd olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm