Rusiyaya növbəti zərbə: “ExxonMobil” Vaşinqtonun tələbini yerinə yetirdi
Bizi izləyin

Dünya

Rusiyaya növbəti zərbə: “ExxonMobil” Vaşinqtonun tələbini yerinə yetirdi

ABŞ-ın nəhəng neft şirkəti “ExxonMobil” rəsmi Vaşinqtonun tələbini yerinə yetirərək Rusiyada bəzi layihələrin icrasını dayandırıb.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə "İnterfaks" xəbər agentliyinə şirkətdən bildirilib.

Şirkətdə bildirilib ki, Rusiyada iş hələ 26 sentyabrda dayandırılmalı idi.

Rusiyanın “Rosneft” və “ExxonMobil” arasında razılaşma 2011-ci ildə imzalanıb. Geoloji kəşfiyyat işlərinin Arktika şelfində və Qara dənizdə aparılması nəzərdə tutulurdu. Bu layihələrdə “Rosneft” və “ExxonMobil”in payı müvafiq olaraq 66,7 və 33,3 faiz təşkil edir. Şirkətlər arasında 2013-cü ildə imzalanmış müqavilə isə Rusiyanın daha yeddi yatağının birgə işlənilməsini nəzərdə tuturdu.

Xatırladaq ki, 12 sentyabrda ABŞ Rusiyaya qarşı sanksiyaların yeni paketini daxil edib. Rusiya iqtisadiyyatının neft, müdafiə və bank sektorları sanksiyalar altına düşüb. Sanksiyalar dərin sular, Arktika şelfində və şist qatlarda neftin çıxarılmasında istifaqə olunacaq mallar və texnologiyaların ixracını qadağan edir. ABŞ-ın sanksiyaları “Qazprom”, "Lukoyl", "Surqutneftqaz” və "Rosneft" və "Transneft" şirkətlərinə toxunur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm