Netanyahu İranı İŞİD-lə müqayisə etdi
Bizi izləyin

Dünya

Netanyahu İranı İŞİD-lə müqayisə etdi

“Nüvə silahına malik olan Tehran “İslam Dövləti” terror qruplaşmasından daha təhlükəli olacaq”.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri İsrail baş naziri Benyamin Netanyahu deyib.

“İranın bütün nüvə potensialı məhv edilməlidir. Çünki nüvə silahı olan İran bütün dünya üçün ciddi təhlükədir. İŞİD-in məğlub edilməsi vacibdir. Amma İranın nüvə dövlətinə çevrilməsinə imkan verməmək əsl qələbə olacaq”, - deyə İsrailin baş naziri söyləyib.

B.Netanyahu həmçinin beynəlxalq cəmiyyəti İrana tətbiq olunan sanksiyaları ləğv etməməyə çağırıb. Onun sözlərinə görə, sanksiyaların aradan qaldırması Tehrana nüvə silahını əldə etməyə imkan verəcək.

Qeyd edək ki, hazırda İran nüvə proqramı üzrə “altılıq”la (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) danışıqlar aparır. İran prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının 69-cu sessiyasında danışıqlarda irəliləyişin olmamasından şikayətlənib.

ABŞ dövlət katibi Con Kerri isə bildirib ki, Tehran və “altılıq” arasında son razılaşma noyabrın sonuna qədər imzalana bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm