İspaniyanın Konstitusiya Məhkəməsi Kataloniyaya “veto” qoydu
Bizi izləyin

Dünya

İspaniyanın Konstitusiya Məhkəməsi Kataloniyaya “veto” qoydu

İspaniya Konstitusiya Məhkəməsi Kataloniyanın müstəqilliyi haqqında referendumun keçirilməsi haqqında dekretin icrasını dayandırıb.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə İspaniyanın “El Pais” qəzeti yazıb.

Qərar Konstitusiya Məhkəməsinin 12 üzvü tərəfindən yekdilliklə qəbul edilib. Qərara götə, referendumla bağlı qanunun icrası beş ay dondurulub.

Xatırladaq ki, ötən şənbə günü Kataloniya muxtar qurumunun başçısı Artur Mas müstəqillik haqqında referendumun keçirilməsi ilə bağlı dekreti imzalayıb. Kataloniyada referendumun 9 noyabr 2014-cü il tarixində keçirilməsi nəzərdə tutulmuşdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm