• USD 1,7008 0,00% EUR 1,9963 0,00%
    • GBP 2,1926 0,00% RUB 0,0287 0,00%

Rusiyada həyəcan: Dolların qiyməti 40 rubla qalxdı

  • Dünya
  • 30 Sentyabr 2014 07:47
  • 1 771 Baxış
Rusiyada həyəcan: Dolların qiyməti 40 rubla qalxdı

Rusiya Mərkəzi Bankı 39,38 rubla qədər qalxan dollara müdaxilə edə biləcəklərini açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Sentyabrın 29-a olan məlumata görə, dollar sərbəst bazarda 11 qəpik qalxaraq 39,38 rubl, avro isə 18 qəpiklik yüksəlişlə 49,8 rubl olub.

Ölkənin 55%-i dollar, 45%-i avrodan ibarət olan valyuta səbəti isə 14 qəpik artımla 44,02 rubl olub.

Dollar Rusiya Mərkəzi Bankının ötən həftə üçün müəyyən etdiyi 0,3%-lik bahalaşma limitini də keçib. Bəzi birjalarda da rublun dəyərində ucuzlaşma hiss olunur. Belə ki, RTS indeksi ilə dollar 0,99% ucuzlaşaraq 1144 xala bərabər olub. MICEX indeksi üzrə isə dollar 0,02% artaraq 1434 xal təşkil edib.

Xatırladaq ki, Rusiya iqtisadiyyatında tənəzzül Ukrayna böhranı ilə bağlı ABŞ və Qərbin sanksiyalar tətbiq etməsi nəticəsində yaranıb.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>