Ərdoğandan gecəyarı İŞİD zirvəsi
Bizi izləyin

Dünya

Ərdoğandan gecəyarı İŞİD zirvəsi

Prezident Ərdoğan baş nazir Davudoğlunu Köşkdə qəbul edib.

Publika.azhabervaktim.com”a istinadən xəbər verir ki, Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan baş nazir Əhməd Davudoğlunu Köşkdə qəbul edib. Təxminən 35 dəqiqə davam edən ikili görüşdə İŞİD ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinə (TBMM) gəlməsi planlaşdırılan qanun layihəsi haqqında müzakirə aparılıb.

Xatırladaq ki, səfərdən yeni qayıdan prezident Ərdoğanın Əhməd Davudoğlu ilə görüşü əvvəlcədən planlaşdırılmamışdı.

Qaynaq iddia edir ki, görüşdə prezident baş nazirə İraq Şam İslam Dövləti (İŞİD) ilə bağlı TBMM-ə təqdim ediləcək qanun layihəsi haqqında tapşırıqlar verib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm