Məhkəmədən şok qərar - Zorlanan qıza ölüm hökmü çıxarıldı – FOTO
Bizi izləyin

Dünya

Məhkəmədən şok qərar - Zorlanan qıza ölüm hökmü çıxarıldı – FOTO

İranlı Reyhane Cabbariyə onu zorlamağa çalışan kişini qətlə yetirdiyi üçün ölüm hökmü oxunub. Reyhane artıq anası ilə vidalaşaraq ölümünə hazırlaşır. Hökm çərşənbə axşamı Tehranda icra olunacaq.

26 yaşlı qız bazar ertəsi anası Şoul Paravan ilə vidalaşıb. Anası “Facebook” sosial səhifəsində bildirib ki, Reyhane asılmaq üçün Racari Şəhr həbsxanasına aparılmazdan öncə onlara telefon əlaqəsi saxlamağa imkan yaradılıb.

Cabbari anasına deyib: “Mənim əllərim qandallanıb. Küçədə isə hökmün həyata keçirilməsi üçün məni əraziyə aparacaq maşın gözləyir...

Sağ ol, əziz anam. Sabah mənim bütün əzablarıma son qoyulacaq. Heyif ki, sizin ağrıları azalda bilmədim. Səbirli olun. Biz ölümdən sonrakı həyata inanırıq. O biri dünyada görüşənədək. Daha sizi heç vaxt tərk etməyəcəyəm, çünki sizdən aralı yaşamaq dünyada ən ağır şeydir”.

Qızın anası dərhal həbsxanaya zəng edib. Oradan isə çərşənbə günü gəlib qızının meyitini götürməyi tövsiyə ediblər. Bu ilin aprel ayında Cabbarinin hökmü beynəlxalq təşkilatların təzyiqi və 200 mindən çox imzalanmış petisiya altında ləğv olunub. Lakin İran prezidenti Həsən Ruhani Nyu-Yorkda BMT-in Baş Assambleyasında olduğu zaman hökm yenidən qüvvəyə minib.

Qeyd edək ki, dekorator kimi çalışan Cabbari 2007-ci ildə İranın kəşfiyyat xidmətinin keçmiş əməkdaşı Murtuz Əbdüləli Sarbandini qətlə yetirib. Hadisə baş verməzdən əvvəl onlar kafelərin birində görüşüblər. Kişi, Cabbariyə söhbəti davam etmək üçün onun evinə getməyi təklif edib.

Sarbandi qızı evinə apardıqdan sonra ona tərkibində narkotik maddə olan meyvə şirəsi təqdim edib. Cabbari zorlanarkən cibindəki bıçaqla Sarbandiyə zərbələr endirərək qaçıb. Sarbandi qanaxmadan keçinib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm