İŞİD Türkiyə əsgərlərini mühasirəyə aldı - VİDEO
Bizi izləyin

Dünya

İŞİD Türkiyə əsgərlərini mühasirəyə aldı - VİDEO

Suriyadakı Süleyman şah türbəsini mühafizə edən 36 türk əsgərini İŞİD yaraqlıları mühasirəyə alıb.

Publika.az “internethaber”ə istinadən xəbər verir ki, Türkiyənin sərhədləri xaricindəki (Suriya) yeganə torpaq sahəsi olan Süleyman Şah türbəsindən narahatlıq doğuran xəbərlər gəlir.

Bölgədəki ərəb əşirətlərindən alınan məlumata görə, dünən gecədən etibarən İŞİD-in (İraq Şam İslam Dövləti) 1100 silahlısı Süleyman Şah türbəsində postda dayanan 36 türk əsgərini mühasirədə saxlayır.

36 türk əsgəri əsir düşə bilər

Bölgədəki yerli mənbələrdən verilən məlumata görə İŞİD üç gündür ki, Türkiyənin ərazisi xaricindəki Süleymaniyyə torpağına əsgər yığır.

Mənbələr Türbənin ətrafına terror təşkilatının 1100 silahlı yığdığını iddia edir.

Hər an türbəyə hücum ola bilər və 36 türk əsgəri əsir götürülə bilər deyilir. Ancaq İŞİD hər ehtimala qarşı türbəyə gedən ən kritik boğaz sayılan Küçə Kəndini də əlində tutduğunu və orada 420 terrorçu yerləşdirdiyi qeyd olunur.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm