• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Putinin gizlin qəzəbi, yaxud Obamanın strateji səhvləri – Təhlil

  • Dünya
  • 30 Sentyabr 2014 14:53
  • 1 058 Baxış
Putinin gizlin qəzəbi, yaxud Obamanın strateji səhvləri – Təhlil

Ukrayna böhranı ilə kəskinləşən Rusiya-Qərb münasibətləri siyasi lüğətə “Yeni soyuq müharibə” və “Soyuq müharibə 2” kimi terminlər gətirdi. Liderlər bu ifadələri yaxına buraxmaq istəməsələr də, gərginliyin tezliklə aradan qalxacağına ümid etsələr də, ekspertlər bunun əksini sübut edəcək kifayət qədər faktları ortaya qoyurlar.

Publika.az-ın verdiyi xəbərə görə, Almaniyanın “Stern” qəzetində dərc olunan yazılardan biri də məhz “Yeni soyuq müharibə” adlanır. Müəllifi Katya Qloger olan həmin yazını təqdim edirik.

“Biz bu qlobal informasiya müharibəsində qalib gələcəyik”

Altmış yaşlı Dmitri Kiselyov “Vesti Nedeli” (“Həftənin xəbərləri") proqramının aparıcısıdır. “Vesti Nedeli” Rusiya teleməkanında ən məşhur və ölkə əhalisinin fikrinə ən çox təsir edən informasiya proqramıdır. Kiselyovun şöhrətinin dərəcəsi Putinin şöhrəti ilə müqayisə oluna bilər. Dünyanın bir çox ölkələrini gəzən D.Kiselyov Rusiyanın tarixini, cazı və Skandinaviya ölkələrini sevir. O, bir neçə dildə, həmçinin norveç dilində sərbəst danışır. “Kreml təbliğatının mərkəzi fiquru” hesab edilən teleaparıcı Avropa Birliyinin “qara siyahı”sına daxil edilib. Bundan başqa, onun Avropa Birliyi ölkələrindəki bank hesabları dondurulub.

“Vesti Nedeli” tamamilə xəbər proqramı deyil. Bu, Kremlin Qərlə apardığı görünməmiş informasiya müharibəsində güclü silahdır. Və bu müharibədə Dmitri Kiselyov ən güclü alətdir.

“Öz işimizlə biz Qərb yalanlarından qorunuruq. Biz müəyyən dərəcədə vətənimizin müdafiə qalxanıyıq. Və biz bu qlobal informasiya müharibəsində qalib gələcəyik. Çünki biz həqiqəti danışırıq”, - deyə Kiselyovun özü bildirir.

“Vesti Nedeli” proqramı hər bazar günü müharibədə batan dünya haqqında reportajları verir və bütün oxlar ABŞ-ı göstərir. Kiselyov hadisələri sürətlə şərh edir: Ukraynanın şərqindəki ölüm və dağıntılar, cəsədlərin üstündə ağlayan qadınlar, “qəhrəman özünümüdafiə qüvvələri”, Ukrayna ordusunun "cərimə batalyonları”, Malayziyanın sərnişin təyyarəsinin qəzasına “şahidlik” edən bölgə sakinləri.

Budur Rusiyanın xilaskarı Putin kilsədə şamı yandırır. Və yenidən bütün dünyaya bombalar atan Obama və onun müttəfiqləri göstərilir. Kiselyov Rusiyanın liberal müxalifəti haqqında qəddar istehza ilə danışır, qeyd edir ki, bu insanların fəaliyyətini Qərb maliyyələşdirir. Müxalifət liderlərinin şəkilləri göstərilir, onlar sanki axtarışa verilmiş cinayətkarlardır.

Almaniya hədəflərdən biridir

Dmitri Kiselyov müvəffəqiyyətli insandır. Prezident Putin onu “Rusiya seqodnya” media konserninə direktor təyin edib. İndi yüzlərlə insan onun rəhbərliyi altında “həqiqətləri” göstərmək üçün işləyirlər. Bu işi artıq bir neçə ildir ki, “Russia Today” dövlət telekanalı da görür. Kanalın məşhurluğu ABŞ-dakı CNN kanalı ilə tamamilə bərabər ola bilər. Onun “YouTube”da öz kanalı var və tezliklə alman dilli şöbəsi fəaliyyətə başlayacaq. Axı, Almaniya müharibədə əsas məqsədlərdən biridir. Almaniyada Rusiyaya şəfqət göstərən, eyni zamanda ABŞ üçün çox əhəmiyyətli insan var. Kansler isə Avropa Birliyinin siyasətini müəyyən edir.

Putin Ukraynada Putin artıq öz təsirini təmin etdi. Krım zəbt edilib, ölkənin şərqindəki münaqişə artıq dondurulub. Bu vaxt ərzində təxminən 3 min insan həlak olub, şəhərlər və kəndlər dağıdılıb. Putinin iştirakı olmadan gələcəklə bağlı planlar haqqında danışmaq isə qeyri-mümkündür. Amma heç kim bilmir ki, Putin uzağa getməyə nə qədər hazırdır. Onun Gürcüstana qarşı müharibəsindən düz 6 il keçdi. Növbə Ukraynaya gəldi. Və birdən o, Baltikyanı ölkələrin, yaxud da Moldovanın ilhaqına qərar verəcək?

Çünki Rusiya hərbi gücün tətbiqi ilə bağlı yeni tarixini yazır. Qərb, ilk növbədə Almaniya uzunmüddətli perspektivdə Avropanın parçalanmasının qarşısını ala biləcəkmi? Görünən odur ki, Berlin çaşqın vəziyyətdədir. Sevindirici haldır ki, Ukrayna ümumiyyətlə hələ suveren dövlət olaraq qalır. Angela Merkel nə vaxtsa hesab edirdi ki, Putini yaxşı tanıyır. Amma o, səhv edirdi. Alman tərəfi hazırda özünü aldadılmış hiss edir.

Kreml tərəfdarı politoloq Sergey Karaqanovun bu yaxınlarda “Financial Times” nəşrində dərc edilmiş məqaləsini Berlində qorxu ilə oxudular. “Rusiya güzəşt etməyəcək. Bizim həyatımız və millətimizin taleyindən söhbət gedir”, - deyə politoloq yazırdı.

“Soyuq müharibə” indiki halda tamamilə dəqiq termin deyil. İki sistemin hazırkı qarşıdurmasında Rusiya çox zəifdir. İnkişaf edən ölkələr putinizm nə təklif edə bilər? O, müttəfiqlərini harada tapacaq? Rusiya yalnız iqtisadi deyil, həm də hərbi planda NATO çox zəifdir. Yalnız ABŞ Rusiyanın hərbi büdcəsini yeddi dəfə üstələyir. Qərbin texnologiya üstünlüyü haqqında danışmaq ümumiyyətlə lazım deyil. Bu halda Rusiya dünya iqtisadiyyatına birləşə bilmir. Axı, Rusiya büdcəsinin gəlirlərinin yarısı neft və təbii ixracından formalaşır.

Hər kəsə Putin qarşısında “əyilmək” lazım olacaq

İkinci Dünya Müharibəsindən sonrakı “Soyuq müharibə” hər iki tərəf üçün təhlükəli, amma etibarlı qaydalar üzrə aparılırdı. Bir-birinə qarşı eyni güclü blok dayanırdı. Amma hazırda Putin nə qədər güclü təqdim edilsə də, onun ölkəsi bir o qədər zəifdir. Rusiyanın müasirləşdirməsi üzrə Putinin vədləri elə vəd olaraq qalıb. Rusiyada artıq heç kəs gələcəyindən əmin deyil. Hazırda oliqarx Vladimir Yevtuşenkov ev həbsindədir. O, çirkli pulların yuyulmasında ittiham olunur. Oliqarx yaxın vaxtlara kimi ona aid olan “Rosneft” neft şirkətini satmaqdan imtina edirdi. Verilən mesaj aydındır: Hamı Putinin qarşısında "əyilməli” və milyardlarını onun sərəncamına verməlidir. Sonra nə olacaq? Daxili düşmənlər və xarici düşmənlər birlikdə “sağ qalmaq strategiyası”nı işə salacaqlar.

“2014-cü il sınaqların ili olacaq”, - deyə alman tarixçisi Henrix Avqust Vinkler bildirir.

Qərbdə bir vaxtlar səmimiyyətlə ümid edirdilər ki, Qorbaçovun Sovet İttifaqı, daha sonra Yeltsinin Rusiyası Qərb üçün əsl partnyor olacaq və dünya nizamı ilə birləşəcək. O vaxtdan 25 il keçdi. Qərb hesablayırdı ki, Rusiya və postsovet məkanının digər ölkələri, xüsusi olaraq Ukrayna iqtisadi və siyasi islahatlar keçirəcəklər. Qorbaçov “Ümumi Avropa evi”nin yaradılmasını nəzərdə tuturdu. Almaniyanın xarici işlər naziri Hans Ditrix Qenşer isə Vankuverdən Vladivostoka qədər təhlükəsiz cəmiyyət haqqında düşünürdü. ABŞ prezidenti Bill Klinton Boris Yelstini bildirmişdi ki, Rusiya NATO-un üzvü ola bilər. Hətta Putin 2000-ci il prezident olduqdan dərhal sonra deyirdi: “Mən Rusiyanı Avropadan təcrid edilmiş şəkildə təsəvvür edə bilmirəm. NATO-nu düşmən adlandırmaq mənim üçün çətindir".

Amma bunların heç biri olmadı. Qərbin strateji səhvi idi ki, “soyuq müharibə”nin keçmişdə qaldığını düşünürdü.

Rusiya heç vaxt belə hesab etmirdi

İkinci Dünya Müharibəsində qalib gələn SSRİ “soyuq müharibə”dən sonra uduzmuş rolunda çıxış edirdi. Putin SSRİ-nin dağılmasını Qorbaçovun xəyanəti və amerikalıların “Böyük oyun”da geosiyasi gedişlərdən biri hesab edirdi. Qərb Rusiyanın iştirakı olmadan Avropada təhlükəsizliyin mğhkəmləndirilməsi yolu ilə gedirdi. Şərqə genişlənməni strategiyasını əvvəlcə NATO, daha sonra Avropa Birliyi həyata keçridi. Şərqi Avropa ölkələri bu qurumlarda öz gələcəyini axtarırdı, xüsusilə Baltikyanı ölkələr və Polşa tələsirdi. Qərb əmin idi ki, Şərqi Avropadakı sülh və sabitlikdən Rusiya udardı. Vaşinqtonda bunu “bərabər olmayanlar arasında bərabər hüquqlu əməkdaşlıq” adlandırırdı. Lakin bu strategiya işləmədi. Rusiyanın imperialist refleksləri çox güclü idi.

“Qərb NATO-un şərqə doğru genişlənilməsinə Avropada sülh yaratmaq imkanı kimi baxırdı. Bunu heç də Rusiyanın yatırılması üçün etmirdi”- amerikalı politoloq Con Mirşaymer deyir.

Amma Putinin Kremlə 2012-ci ildə ikinci dəfə qayıtmasından sonra münasibətlərin yenidən qurulması haqqında çıxışlar verilməyə başlandı. “Putin əmindir ki, ABŞ Rusiyanı zəiflətmək və onu devirmək istəyir", - deyə ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfoll qeyd edir.

ABŞ prezidenti Barak Obama ilə görüşdə Putin açıq şəkildə SSRİ-nin keçmiş respublikalarını tərk etməyi tələb etdi. İlk növbədə Ukraynanı. Obama hər halda bu təhlükəni qiymətləndirmədi. “Rusiya yalnız regional dövlətdir", - ABŞ prezidenti bir neşə ay əvvəl söyləmişdi. Onda başqa xarici siyasət prioritetlər düşündürürdü: Çin, Yaxın Şərq, Əfqanıstan.

Vaşinqton siyasi “buz dövrü”nə hazırlaşır

Hazırda Vaşinqton siyasi “buz dövrü”nə hazırlaşır. Obama Amerikanın nüvə potensialının müasirləşdirməsi üzrə nəhəng proqram elan edib və bu Moskvanın ünvanına dəqiq siqnaldır. “Bizə bu rejimi sakitləşdirməliyik. Amma biz adi insanlar üçün körpüləri yandırmaq istəmirik. Biz daha “soyuq müharibə” şəraitində yaşamırıq. Demokratik cəmiyyətlər Putin sisteminə qarşı intellektual mübarizəni aparmalıdır. Bu mübarizədə qalib gəlmək üçün ABŞ-ı müasirləşdirməliyik”, - Maykl Makfol deyir.

Bu baxımdan cəsarətli bir fikir yaranır ki, Putinin hərəkətləri Qərb üçün yeni bir şans ola bilər.

Amma Qərb silahlanır, “qırmızı xətlər”i keçir və hərbi blokların keçmiş qarşıdurması haqqında xatirələri oyadır. Belə, üç həftə əvvəl NATO-nun Uels sammitinə gedən Obama yolüstü Estoniyada dayandı və fövqəladə vəziyyət halında NATO qoşunları, eləcə də Birləşmiş Ştatların əsgərlərinin köməyə gələcəyini bəyan etdi.

Estoniyanın “Emari” kiçik təyyarə bazasındakı vəziyyətdən danışmaq olar. Sentyabrın əvvəlində Almaniya Hərbi Hava Qüvvləri "hava nəzarəti” proqramı çərçivəsində birada dört ədəd “Eurofighter” təyyarəsini yerləşdirdi. Eyni zamanda deyirlər: "Bu müharibə deyil, biz buraya sülhün qorunması üçün gəlmişik”.

Bu, ilk növbədə NATO-un ölkələrinin həmrəyliyi haqqında siqnaldır. Amma Qərb müttəfiqlərində müəyyən tərəddüdlər də var. Almaniya Xarici İşlər Nazirliyində Heç kəs daha illüziyalarla qidalandırmır. Rusiyaya etibar demək olar ki, itirilib. Xarici işlər naziri Ştaynmayeranın şəxsi “Müsir əməkdaşlıq” layihəsi artıq ölüb. “Strateji əməkdaşlıq"dan artıq heç kəs danışmır.

“Soyuq müharibə”nin tərkib hissəsi olan iqtisadi müharibə isə artıq başlanıb. İlk növbədə maliyyə sanksiyalarından, Rusiyanın enerji sektoruna ciddi zərbə vurmağa hesablanan qadağalardan söhbət gedir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR