Ukraynada separatçılar Rusiya kazakları ilə əvəzlənir
Bizi izləyin

Dünya

Ukraynada separatçılar Rusiya kazakları ilə əvəzlənir

Rusiya Ukrayna ilə sərhəddə 3 raket kompleksi yerləşdirib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “facebook” səhifəsində yazıb.

“Ukrayna ilə sərhədin 5 kilometrliyində, Rostov vilayətinin Petrovka yaşayış məntəqəsində 3 raket kompleksi yerləşdirilib. Raket komplekslərinin olduğu mövqelərlə xüsusi mühafizə olunur”, - deyə D.Tımçuk bildirib.

Bundan başqa, hərbi ekpert qeyd edib ki, separatçılar və Rusiya ordusunun nəzarəti altında olan Novoazovsk rayonuna Rusiya ərazisindən kazak qrupları göndərilib: “Novoazovsk rayonunda yerləşən blokpostlarda Rusiya kazakları yerli döyüşçülərlə əvəzlənirlər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm